• 29 Noyabr 2020
logo
TƏBİB: Bu həftə 867 yoluxma faktı qeydə alınıb

TƏBİB: Bu həftə 867 yoluxma faktı qeydə alınıb

“Ötən həftə, 17-24 mayda 848 nəfər koronavirusa yoluxub. Daha öncəki həftədə 755, ondan əvvəlki həftədə isə 587 yoluxma faktı aşkarlanıb. Bu həftə isə 867 yoluxma faktı qeydə alınıb".
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, məhdudiyyətlərin tətbiq olunduğu aprelin əvvəlində yoluxmanın azalması, 27 aprel və 4 may tarixlərində məhdudiyyətlərin ilkin aradan qaldırılması ilə yoluxmanın artması müşahidə olunub.