• 30 Noyabr 2020
logo
İbrahim Məmmədov: "Beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil”

İbrahim Məmmədov: "Beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil”

“Beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, Azərbaycana giriş və çıxışla bağlı məhdudiyyət 15 iyuna qədər uzadılıb: “Əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməsinə ehtiyac olmasın. Başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu mühüm məqamdır".
İ.Məmmədov həmçinin qeyd edib ki, mayın 27-də 124 nəfər Moskvadan çarter reysi ilə Azərbaycana gətirilib.