• 5 Dekabr 2020
logo
Operativ Qərargah: Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir

Operativ Qərargah: Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir

“İctimai-iaşə müəssisələrində, qapalı yerlərdə, ictimai nəqliyyatda tənəffüs üzvlərini qoruyan maskalardan istifadə, sosial məsafənin qorunması məcburidir ”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, yumşalmalar olduqca tələblər də sərtləşəcək: “Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclsdədir".