• 25 Noyabr 2020
logo
Azərbaycanda koronavirusa yoluxan 4989 nəfərdən 3125-i sağalıb, 58 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxan 4989 nəfərdən 3125-i sağalıb, 58 nəfər vəfat edib

"Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib".
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.