• 7 İyul 2020
logo
Yağış yağıb, güclü külək əsib

Yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Mayın 24-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri sabit olub, bəzi yerlərdə yağış yağıb, güclü şimal qərb küləyi əsib.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 5 mm, Qusar, Kişçayda (Şəki) 2 mm, Zaqatala, Quba, Mingəçevir, Xınalıq, Gədəbəy, Naftalan, Şəmkir, Daşkəsən, Şəki, Xaltan, Qırızda 1 mm olub.
Şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Bərdə, Tərtərdə 25 m/s, Qazıməmməd, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Salyan, Zərdabda 18 m/s, Göyçay, Mingəçevir, Yardımlıda 16 m/s, Sumqayıt, Maştağada 38 m/s, Bakıda 35 m/s, Neft Daşlarında 29 m/s, Çilov adasında 27 m/s, Pirallahı, Qum adasında 25 m/s, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s olub.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.