• 13 Avqust 2020
logo
ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib.
Təbrik səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.
Təbrikdə qeyd edilib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün azərbaycanlıları müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir: “Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”.