• 29 Mart 2024
logo
Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.
Nazirlər Kabineti bununla bağlı " “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.
Bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.