• 18 Avqust 2019
logo
add image
"Günəşli" yatağında ölüm hadisəsi baş verib

"Günəşli" yatağında ölüm hadisəsi baş verib

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.
SOCAR-dan verilən məlumatda deyilir ki, ilkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.
Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.