• 20 Sentyabr 2020
logo
TƏBİB sədri: "Yoluxma sürətlə artsa, növbəti həftələrdə hərəkət məhdudiyyətləri tətbiq oluna bilər"

TƏBİB sədri: "Yoluxma sürətlə artsa, növbəti həftələrdə hərəkət məhdudiyyətləri tətbiq oluna bilər"

“Biz bu həftə hərəkətin 2-3 günlük məhdudlaşdırılmasına getmədik, amma qaydalar masa üzərindədir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, yoluxma sürətlə artsa, belə məhdudiyyətlər növbəti həftələrdə tətbiq oluna bilər.