• 7 İyul 2020
logo
Azərbaycanda koronavirusa yoluxan 3855 nəfərdən 2399-u sağalıb, 46 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxan 3855 nəfərdən 2399-u sağalıb, 46 nəfər vəfat edib

"Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib".
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.