• 24 Noyabr 2020
logo
Bakıda zavodda usta faciəli şəkildə ölüb, cinayət işi başlanıb

Bakıda zavodda usta faciəli şəkildə ölüb, cinayət işi başlanıb

Bakıda usta faciəli şəkildə ölüb.
Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən zavodda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.