• 26 Noyabr 2020
logo
Heydər Əliyev Fondunun nümayəndəsi: “Əminəm ki, “REACT-C19” layihəsi də başqa ölkələrə nümunə olacaq”

Heydər Əliyev Fondunun nümayəndəsi: “Əminəm ki, “REACT-C19” layihəsi də başqa ölkələrə nümunə olacaq”

““REACT-C19” layihəsi çərçivəsində ölkəyə dəvət olunan 19 həkim dövlət xətti ilə oxuyub və bu gün ölkəyə dönüb təcrübələrini bölüşürlər”.
APA-nın məlumatına görə, bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib.
O deyib ki, dövlət hesabına xaricdə təhsil alan azərbaycanlı tələbələrin sonradan ölkəyə qaytarılması məsələsi bu gün də gündəmdədir: “Əminəm ki, bu gün ölkədə virusla mübarizədə aparılan uğurlu mübarizə digər ölkələrə nümunə olduğu kimi, bu layihə də başqa ölkələrə nümunə olacaq”.