• 24 Noyabr 2020
logo
TƏBİB: “REACT-C19” layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb

TƏBİB: “REACT-C19” layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb

“REACT-C19” layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb, hazırda növbəti mərhələdəyik”.
Bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib.
Onun sözlərinə görə, layihə başlayana qədər ÜST mütəxəssisləri ilə xəstəxanalarda müvafiq işlər görülürdü: "Layihə çərçivəsində pandemiya xəstəxanalarında keyfiyyətin təkmilləşdirilməsi üçün işlər görülüb. Əminəm ki, Türkiyədən gələn azərbaycanlı həkimlərin pandemiya dövründə ölkəmizdəki həmkarlarına dəstəyi çox müsbət nəticələr verəcək və biz az itki ilə koronavirusa qarşı mübarizəni başa çatdıracağıq".