• 10 İyul 2025
logo
Pandemiya dövründə 672 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıdıb

Pandemiya dövründə 672 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıdıb

“120 Azərbaycan vətəndaşı Dağıstandakı sərhəd-keçid məntəqəsindən keçərək Rusiyadan Azərbaycana qayıdıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mayın 18-də isə 140 Rusiya vətəndaşı Azərbaycandan Bakı-Moskva aviareysi ilə vətənə qayıdıb: "Ümumilikdə pandemiya dövründə Azərbaycandan Rusiyaya qayıdan vətəndaşlarımızın sayı isə 672 nəfərdir".