• 2 Dekabr 2020
logo
TƏBİB: Koronavirusdan sağalan insanlar müvafiq sənədi təqdim edərək iş yerlərindən maaş ala bilirlər

TƏBİB: Koronavirusdan sağalan insanlar müvafiq sənədi təqdim edərək iş yerlərindən maaş ala bilirlər

“Koronavirusa yoluxan və sağalan insanlar müvafiq sənədi təqdim edərək iş yerlərindən maaş ala bilirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, indiyə qədər bu pasiyentlərə iş yerlərindən maaş verilməməsi ilə bağlı müraciət daxil olmayıb.