• 2 Dekabr 2020
logo
Azərbaycanda COVID-19 testindən keçənlərin sayı 214 mini keçib

Azərbaycanda COVID-19 testindən keçənlərin sayı 214 mini keçib

Bu gün Azərbaycanda daha 5745 nəfər koronavirus testindən keçib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 214 291 şübhəlidən test götürülüb. Reanimasiyada olan xəstə sayı 34, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2879, virusdan ölənlər 35, sağalan xəstə sayı 1833, aktiv xəstələrin sayı isə 1011 nəfərdir.