• 5 Dekabr 2020
logo
DSX-nın rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb

DSX-nın rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

APA DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.