• 3 Dekabr 2020
logo
Mayın 14-də Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

Mayın 14-də Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

“11 may tarixində Riqa-Bakı aviareysi ilə Estoniya, Litva və Latviyada olan 52 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 12 may tarixində Moskva-Bakı aviareysi həyata keçirilib və Rusiyada xüsusi təhsil müəssisələrində təhsil alan azərbaycanlı kadetlərin ölkəyə gətirilməsi təmin edilib: “12 may tarixində Minsk-Bakı aviareysi ilə 124 nəfər ölkəyə gətirilib. 14 may tarixində isə Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək”.

H. Hacıyev qeyd edib ki, Rusiya-Azərbaycan quru yolu ilə 540 nəfərdən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub.