• 29 Noyabr 2020
logo
Qərargah: İndiyədək koronavirusa yoluxan 2693 nəfərdən 1735-i sağalıb, 33-ü vəfat edib

Qərargah: İndiyədək koronavirusa yoluxan 2693 nəfərdən 1735-i sağalıb, 33-ü vəfat edib

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, bəmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb.