• 27 Noyabr 2020
logo
Ağstafada güclü sel körpünü dağıdıb

Ağstafada güclü sel körpünü dağıdıb

Ağstafada güclü yağış bəzi fəsadlar törədib.

Məlumatına görə, rayonun Yuxarı Göycəli kəndində Həsən su çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçü Əsgər və Eynallı, Yuxarı Göycəli ,Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər.

Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

Bundan başqa, Yuxarı Göycəli kəndində də 2 körpünü sel aparıb.