• 25 Aprel 2024
logo
Binəqədidə “KamAZ”la “Renault” toqquşub - Ölən var

Binəqədidə “KamAZ”la “Renault” toqquşub - Ölən var

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 11-də saat 14 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.