• 28 Noyabr 2020
logo
Sumqayıtda iki avtobus toqquşub, 14 nəfər xəsarət alıb

Sumqayıtda iki avtobus toqquşub, 14 nəfər xəsarət alıb

Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ilkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

***
09.18

Sumqayıtda iki marşrut avtobusu toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.