• 1 Dekabr 2020
logo
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin cinayət işi məhkəməyə göndərilib

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin cinayət işi məhkəməyə göndərilib

Həbs olunan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

M.Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.