• 24 Noyabr 2020
logo
Vüsal Kərimli: “Baş Prokurorluq Hesablama Palatasının BNA ilə bağlı müraciətini rədd edib”

Vüsal Kərimli: “Baş Prokurorluq Hesablama Palatasının BNA ilə bağlı müraciətini rədd edib”

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Hesablama Palatasının 2019-cu ildə Bakı Nəqliyyat Agentliyində audit zamanı dövlət satınalmaları ilə bağlı aşkarlanan hallarla əlaqədar korrupsiyaya yol verilməsi ittihamı ilə materialların prokurorluğa göndərilməsi məsələsinə münasibət bildirib.
Vüsal Kərimli APA-ya açıqlamasında bildirib ki, bu məsələyə Baş Prokurorluqda baxılıb və əsassız olduğu üçün rədd edilib: "Hesablama Palatası tərəfindən Baş Prokurorluğa müraciət olunub. Baş Prokurorluq əsası olmadığından işi rədd edib”.