• 29 Noyabr 2020
logo
BNA: Əsas yollarda hərəkət zolağının artırılması təklif olunub

BNA: Əsas yollarda hərəkət zolağının artırılması təklif olunub

“Postlarda yoxlama zamanı vətəndaşların sənədlərini vaxtında verməməsi, sənəd axtarmaları çox vaxt alır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar avtobuslarda sıxlıq olmasın deyə, həm ekspress, həm də digər əsas yollarda hərəkət zolağının artırılması təklif olunub.