• 24 Noyabr 2020
logo
Azərbaycanda indiyədək 1984 nəfər koronavirusa yoluxub, 1480 nəfər müalicə olunub, 26 nəfər vəfat edib

Azərbaycanda indiyədək 1984 nəfər koronavirusa yoluxub, 1480 nəfər müalicə olunub, 26 nəfər vəfat edib

Hazırkı dövrədək Azərbaycanda 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.