• 25 Noyabr 2020
logo
Ötən gün respublika yollarında karantin qaydalarını pozan 735 nəfər cərimələnib

Ötən gün respublika yollarında karantin qaydalarını pozan 735 nəfər cərimələnib

Ötən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.