• 25 Oktyabr 2020
logo
Bir gündə karantin qaydalarını pozan 967 sürücü saxlanılıb

Bir gündə karantin qaydalarını pozan 967 sürücü saxlanılıb

Karantin qaydalarını pozan daha 967 sürücü məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42 371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.