• 26 Sentyabr 2020
logo
Azərbaycanda yanğınların ən çox baş verdiyi sahələr açıqlanıb

Azərbaycanda yanğınların ən çox baş verdiyi sahələr açıqlanıb

2020-ci ilin I rübü ərzində baş vermiş və təhqiqatı aparılmış yanğınların sayı 624 olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində 485 yanğın, açıq sahələrdə 14 yanğın, nəqliyyat vasitələrində 93 yanğın, digər hadisələr üzrə 32 yanğın baş verib.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.