Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60.000 manatının ələ keçirilməsi ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.
APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.