• 28 Sentyabr 2020
logo
ƏƏSMN: 51 min şəxs əmək müqaviləsi əsasında işlərə cəlb olunub

ƏƏSMN: 51 min şəxs əmək müqaviləsi əsasında işlərə cəlb olunub

Ödənişli ictimai işlər proqramına cəlb olunanların sayı artmaqda davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, artıq 51 min şəxs DOST İş Mərkəzi tərəfindən əmək müqaviləsi əsasında bu işlərə cəlb olunub. Onlar ictimai əhəmiyyət kəsb edən işlərdə, o cümlədən abadlaşdırma, yaşıllaşdırma, dezinfeksiya, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışırlar.