• 29 Sentyabr 2020
logo
Karantin qaydalarını pozan 1818 sürücü məsuliyyətə cəlb edilib

Karantin qaydalarını pozan 1818 sürücü məsuliyyətə cəlb edilib

Karantin qaydalarını pozan 1818 sürücü məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.