• 27 Sentyabr 2020
logo
Azərbaycanın 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyası hazırlanır

Azərbaycanın 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyası hazırlanır

Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyası hazırlanır.
Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, miqrantların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının etibarlı müdafiəsi, daxili miqrasiyanın tənzimlənməsi istiqamətində aparılan işlərin yeni çağırışlar nəzərə alınmaqla, müasir standartların tələblərinə uyğun təşkil edilməsi məqsədi ilə hazırlanan Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyasının layihəsinə dair təkliflər Dövlət Miqrasiya Xidmətinə göndərilib.