• 19 Sentyabr 2020
logo
Milli Məclisdə qanvermə aksiyası keçirilib

Milli Məclisdə qanvermə aksiyası keçirilib

Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın irsi qan çatışmazlığından əziyyət çəkən xəstələrin üçün könüllü qanvermə aksiyası ilə bağlı təşəbbüsünə qoşulub.
Milli Məclisin Sədri Sahibə Qafarova, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər aksiyaya qoşularaq könüllü qan veriblər.