• 20 Sentyabr 2020
logo
Milli Məclisin plenar iclasları videokonfrans sistemi ilə keçiriləcək

Milli Məclisin plenar iclasları videokonfrans sistemi ilə keçiriləcək

Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.