• 1 Noyabr 2020
logo
Karantin qaydalarını pozan daha 2 543 sürücü məsuliyyətə cəlb edildi

Karantin qaydalarını pozan daha 2 543 sürücü məsuliyyətə cəlb edildi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 16.04.2020-ci il saat 00:00-dan 17.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 543 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25 402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.