• 30 Sentyabr 2020
logo
19 600 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi

19 600 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib. Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir. Hazırda müraciətlərin emalı davam edir.