• 19 Sentyabr 2020
logo
Karantin qaydalarını pozan 2923 sürücü məsuliyyətə cəlb edilib

Karantin qaydalarını pozan 2923 sürücü məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumatda bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.