• 27 İyul 2024
logo
Nazir: Dövlət Proqramına müraciət edən hər 3 namizəddən biri dünyanın Top-10 universitetinə qəbul olub

Nazir: Dövlət Proqramına müraciət edən hər 3 namizəddən biri dünyanın Top-10 universitetinə qəbul olub

Bizim tariximizdə heç vaxt bu qədər tələbə eyni anda bu qədər nüfuzlu universitetdə oxumayıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

“Biz bunun müsbət nəticələrini görəcəyik” – nazir bildirib.

Emin Əmrullayev qeyd edib ki, Dövlət Proqramına bu ilin may ayına qədər müraciət edən hər 3 namizəddən 1-i dünyanın top 10 universitetinə qəbul olub. Həmçinin o əlavə edib ki, bu ilin may ayının sonuna qədər Dövlət Proqramı üzrə 330 namizəd müraciət edib ki, onlardan da 96-sı Top-10 universitetlərə qəbul alıb.