• 24 İyul 2024
logo
Nazir: Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var

Nazir: Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var

Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

"Milli təhsil sistemi olaraq bu mövzudan kənarda qalmamalıyıq. Biz adətən çalışırıq yeni tendensiyalara uyğun yeni ixtisaslar yaradaq. Hansı sahə olursa-olsun fundamental elm olduqca vacibdir. Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var" - o qeyd edib.

Nazir bildirib ki, milli təhsil sistemi olaraq yeniliklərdən geri qalmamalıyıq:

"Yaşıl bacarıqların formalaşdırılmasına ümumi və ali təhsildən başlamaq lazımdır".