• 27 İyul 2024
logo
Güneyli milli fəalların məhkəmə iclası keçirilib

Güneyli milli fəalların məhkəmə iclası keçirilib

Mayın 20-də Tehranın Evin həbsxanasında saxlanılan və ya girov qarşılığında müvəqqəti sərbəst buraxılan 9 güney azərbaycanlı milli fəalın məhkəməsi olub.

Gunaz.tv

Bu barədə fəalların yaxınları məlumat yayıb.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilən məhkəməyə Əbülqasım Salavati başçılıq edib.

Məhkəmədə Mürtəza Pərvin, Tahir Nəqəvi, Ayda Sədiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Bağır Hacızadə, Kamal Nuri və Abdullah Vahidinin işinə baxılıb.

Onlara qarşı "Ölkənin milli təhlükəsizliyinə zərbə vurma qüçün əlbir olmaq", "rəhbəri təhqor etmək" və "casusluq"da günahlandırılıblar.

Fəalların barəsində çıxarılan qərarın yaxın vaxtlarda elan ediləcəyi bildirilib.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.