• 20 Sentyabr 2020
logo
"Laçın" tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasında yer alıb

"Laçın" tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasında yer alıb

Ukraynanın Dəniz Mühəndisləri Bürosunun layihəsinə əsasən inşa edilmiş "Laçın" tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin "Significant Ship 2019" reytinqinə əsasən ötən ilin dünyada ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.

Trend bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Həmin reytinqdə dəniz kruiz laynerlərindən supertankerlərə qədər müxtəlif təyinatlı, ölçülü və tipli gəmilər yer alır.

Qeyd edək ki, “Laçın” tankeri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakıda inşa edilib. İnşasına 2017-ci il fevralın 9-da başlanılıb və artıq iki il sonra gəmi istismara hazır olub. Tankerin uzunluğu 141 m, eni 16,98 m, su çəkimi 4,54 m/3,6 m təşkil edir.

2019-cu il dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev “Laçın” tankerinin istismara verilməsi mərasimində iştirak edib.