• 27 İyul 2024
logo
Təbrizdə məhbus fəallara dəstək posterləri yayılıb - Azərbaycan üçün birləşək!

Təbrizdə məhbus fəallara dəstək posterləri yayılıb - Azərbaycan üçün birləşək!

Təbriz şəhərində İranın müxtəlif həbsxanalarında saxlanılan milli fəallara dəstək nümayiş etdirən posterlər yayılıb.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Posterlər şəhərin mərkəzi küçələrində paylanıb və ictimai yerlərdə divarlara yapışdırılıb.

"Fars zindanlarında məhbus igidlərimizə arxa durub, sinələrində batan səslərinə səs olaq, canlarına can verin",- "Azərbaycan üçün birləşək!" başlıqlı dəstək posterlərinin üzərində yazılıb.

Bu, son bir həftə ərzində bu qəbildən olan ikinci dəstək aksiyasıdır.

Qeyd edək ki, hazırda İran həbsxanalarında saxta ittihamlarla məhkum edilən onlarla milli-mədəni fəal saxlanılır.