• 1 Aprel 2023
logo
Şimal bölgəsinə qar yağıb, temperatur -7 dərəcəyə enib

Şimal bölgəsinə qar yağıb, temperatur -7 dərəcəyə enib

Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü 8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub. Temperatur isə mənfi 7 dərəcəyədək enib.