• 24 Sentyabr 2020
logo
Ötən gün karantin rejimini pozan 1909 nəfər cəzalandırılıb

Ötən gün karantin rejimini pozan 1909 nəfər cəzalandırılıb

Ötən gün respublikanın avtomobil yollarında nəqliyyat vasitələri tərəfindən xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.