• 28 Mart 2024
logo
Hemofiliya və talassemiya xəstələrinin registri qaydasına dəyişiklik edildi

Hemofiliya və talassemiya xəstələrinin registri qaydasına dəyişiklik edildi

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

İndiyədək hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda yaradılırdı.

Dəyişikliyə əsasən, hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində yaradılacaq.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzində, Respublika Uşaq Klinik Xəstəxanasında, Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi üzrə gündüz stasionarlarında göstəriləcək.