• 27 Sentyabr 2020
logo
DİN koronavirusun geniş yayılmasının qarşısını almaq istiqamətində tədbirləri davam etdirir

DİN koronavirusun geniş yayılmasının qarşısını almaq istiqamətində tədbirləri davam etdirir

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi karantin rejimində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda əhalinin sıx hərəkətdə olduğu yerlərdə postlar qurulub və insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirməsinə nəzarət edilir.

Qeyd edək ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilir.