• 20 Sentyabr 2020
logo
Qulamhüseyn Əlibəyli: “Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”

Qulamhüseyn Əlibəyli: “Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”

“Azərbaycanda qısa müddət ərzində tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiq hal hesab olunmalıdır”. Bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilkxeber.org saytına bildirib. Onun sözlərinə görə, bu, karonavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində dövlətin istehsal prosesinin sürətləndirilməsi üçün verdiyi maliyyə və texniki dəstək nəticəsində mümkün olmuşdur. “Tibbi maska istehsalına başlanılması ölkəmizin bu sahədə olan təlabatının tezliklə ödənilməsinə və idxaldan asılılğımıza son qoyacaq bir hadisədir. Karonavirus pandameyasının yaratdığı iqtisadi və sosial problemlərin həllinə komək istiqamətində nəzərdə tutulan tədbirlərin də tez bir zamanda gerçəkləşdirilməsinə nail olmaq da zəruridir”, deyə Qulamhüseyn Əlibəyli qeyd edir.