• 21 Sentyabr 2020
logo
Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya ölkələrini qabaqlayır

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya ölkələrini qabaqlayır

Bu ilin 31 yanvar tarixinə Azərbaycanda internetin nüfuz səviyyəsi 78,8% təşkil edib. “APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir. Hesabata qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 7,99 milyon təşkil edir.
Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.
Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə göstəricilər:

Ölkə İstifadəçilərin əhali sayına nisbəti
Azərbaycan 78,8%
Qazaxıstan 78.1 %
Ermənistan 71.8 %
Gürcüstan 66.6 %
Özbəkistan 51.3 %
Qırğızıstan 38.2 %
Tacikistan 31.6 %
Türkmənistan 20.9 %