• 19 Aprel 2024
logo
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 656,4 milyon manat təşkil edib.

Kənd təsərrüfatı məhsullarının 629,0 milyon manatı heyvandarlıq, 27,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 31,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 15,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.

2020-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 82,9 min ton ət, 309,7 min ton süd, 315,7 milyon ədəd yumurta istehsal edilib, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 11,6 faiz artıb.